28 Yanvar 2016 00:08
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran-ABŞ münasibətlərinin yaxşılaşması Tehrandan deyil, Vaşinqton rəhbərliyindən asılıdır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, gələcəkdə ABŞ-a səfər etmək niyyətindədir: "Güman edirəm ki, mən orada İtaliyada olduğu kimi qarşılanacam. Amerikalılar başa düşməlidir ki, sanksiyalar erası başa çatıb. ABŞ keçmişə yox, gələcəyə baxmalıdır".

Ruhani bildirib ki, əgər bu gün amerikalı investorlar İranda işləmək istəsə, İran tərəfi buna etiraz etməyəcək: "Biz amerikan şirkətlərlə birgə istehsala hazırıq. Hazırda Amerikaya İran xalçaları, püstə və digər ənənəvi məhsulları apara bilirik. İranlılar isə ABŞ-dan təyyarə ala bilər. Gələcəkdə bu siyahının genişləndirilməsinə çalışacağıq".

Samir


Müəllif: