28 Yanvar 2016 01:35
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunis təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində, Kayruan şəhərində 6 nəfərdən ibarət terror qruplaşmasını neytrallaşdırıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Tunisin Mosaique FM radiosu xəbər yayıb. Bildirilib ki, saxlanılanlar Liviya və Suriyadakı terrorçularla əlaqəli olublar.

Terrorçuların yerli əhalini ələ almaqla məşğul olduğu, eləcə də Tunisdə və digər ölkələrdə terror aktları planlaşdırdıqları məlum olub.

Tunis XİN-in yaydığı xəbərə görə, dünən Bizert şəhərində 10 nəfərdən ibarət daha bir terror qruplaşması zərərsizləşdirib.

Nihad


Müəllif: