28 Yanvar 2016 10:04
521

Qazaxıstanda mülki helikopter qəzaya uğrayıb, ən azı 5 nəfər həlak olub.

Publikaz.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-inə ölkənin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Məlumata görə, helikopter Almatı vilayətinin Alakol bölgəsinin Uşaral şəhərindən xəstə uşağı Taldıkurqan şəhərindəki xəstəxanaya çatdırmaq üçün uçurmuş. Lakin hələlik aşıqlanmayan səbəbdən qəzaya uğrayıb, nəticədə göyərtəsindəki 5 nəfər - pilot, iki tibb işçisi, ana və xəstə uşaq ölüb.


Müəllif: