28 Yanvar 2016 15:02
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyada "donuz qripi" virusundan ölənlərin sayı 107-yə çatıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Veronika Skvortsova məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən 4-ü hamilə qadın, 8-i azyaşlı uşaqdır: "Onların əksəriyyətinin ölüm səbəbi həkimə gec müraciət etmələri olub. Son 3 həftə ərzində 107 nəfər qrip nəticəsində həyatını itirib. 2015-ci ilin dekabrında isə bu rəqəm 8 olub".

Samir


Müəllif: