28 Yanvar 2016 16:43
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabr-yanvar aylarında Türkiyədə H1N1 virusuna ("donuz qripi") yoluxanlardan 57 nəfəri həyatını itirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə 280 nəfərdə bu virus aşkar edilib.

Qeyd edək ki, Rusiyada "donuz qripi"ndən ölənlərin sayı artıq 107 nəfərə çatıb.


Müəllif: