28 Yanvar 2016 21:38
937

“Business İnsider” portalı dünyanın 50 ən varlı adamını müəyyənləşdirmək üçün keçirilən araşdırmanın nəticələrini açıqlayıb.
Musavat.com xəbər verir ki, analiz üçün dünyanın 110 min varlı adamının məlumatları daxil edilmiş bazadan istifadə olunub. Nəticədə dünyanın 50 zəngini müəyyənləşdirilib. Onların ümumi sərvəti 1,46 trilyon dollardır. Nəşr qeyd edir ki, bu, Avstraliya İspaniya və ya Meksikanın illik ümumi daxili məhsulundan çoxdur.
Reytinqə Microsoft şirkətinin yaradıcısı və keçmiş iri səhmdarı, 60 yaşlı Bill Geyts rəhbərlik edir. Onun sərvəti 87,4 milyard dollardır.
Sonrakı yerdə 66,8 milyard dollarlıq sərvəti olan ispaniyalı Amansio Orteqadır. O, 77 ölkədə 5000 mağazası olan “İnditex” şirkətini yaradıb.
Ən varlıların ilk üçlüyündə amerikalı, 85 yaşlı Uorren Baffet də var. Dünyanın ən tanınmış investorlarından olan Baffetin 60,7 milyard dollar sərvəti var.
Siyahıda SSRİ-dən ABŞ-a mühacirət etmiş Sergey Brin də var. O, Google axtarış sisteminin yaradıcılarındandır. 37 milyard dollarlıq sərvəti olan sabiq sovet vətəndaşı siyahıda 12-ci yerdədir.

Bundan başqa, 16,7 milyard dollarlıq sərvətlə 42-ci yeritutan Len Blavatnik də SSRİ-dəndir. Qeyd edək ki, o, SSRİ-ni 1978-ci ildə tərk edib. Len Blavatnik əsas sərvətini iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalarla qazanıb.

“Milyarderlər klubu”na daxil olmaq üçün ən azı 14,3 milyard dollara malik olmaq lazımdır. Siyahının sonuncu pilləsində olan 58 yaşlı nigeriyalı Liko Danqotenin məhz bu qədər sərvəti var. O, investisiya qoyuluşu ilə məşğul olan Dangote Group korporasiyasının qurucusudur.

Müəllif: