29 Yanvar 2016 00:07
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna xarici işlər naziri Pavel Klimkin bu gün Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb:

"Cənab Klimkin Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu tərəfindən dəvət edilib. Səfər yaxın aylarda keçirilməsi planlaşdırılan Türkiyə-Ukrayna yüvsək səviyyəli əməkdaşlıq şurasının iclasına hazırlıq məqsədi daşıyır. Görüşlər zamanı iki ölkə arasında münasibətlər, Krımın ilhaqı, Krım tatarlarının vəziyyəti, Ukrayna böhranı və regional məsələlər müzakirə ediləcək".

Samir


Müəllif: