29 Yanvar 2016 12:45
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terrorçular Əfqanıstanda mövqeyini möhkəmləndirib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Onun sözlərinə görə, "Taliban" terror təşkilatının bu ərazidə möhkəmlənməsi gözlənilən idi: "ABŞ bu vəziyyətlə bağlı vaxtında Əfqanıstan rəhbərliyini məlumatlandırıb. Əfqan ordusu terrorçularla yaxşı mübarizə aparır. Ancaq bildiyiniz kimi Əfqanıstan ordusu formalaşma ərəfəsindədir. Əminik ki, bu il onlar daha möhkəm olacaqlar. Bu il dəha sərt mübarizə gözləyirik".

Karter qeyd edib ki, əfqan ordusunun maliyyələşdirilməsi ABŞ-ın ölkə sərhədlərindən kənardakı əməliyyatları üçün 2017-ci ildə nəzərdə tutulan büdcəsinin bir hissəsini təşkil edəcək".

Samir


Müəllif: