30 Yanvar 2016 00:31
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti miqrasiya böhranı ilə bağlı yeni planının detallarını ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən vitse-kansler Ziqmar Qabriel ölkəyə qaçqın axınının qarşısını almaqdan ötrü Berlinin bir neçə ölkəni təhlükəli dövlətlər siyahısından çıxaracağını bildirib. Onun sözlərinə görə, təhlükəli ölkələr siyahısından çıxarılacaq dövlətlər arasında Mərakeş, Tunis, Əlcəzairin adı var:

“Bu o deməkdir ki, həmin ölkələrin vətəndaşlarının sığınacaq almaq şansları azalacaq. Bundan başqa sığınacaq alan miqrantlar Almaniyaya yaxın 2 il ərzində öz qohumlarını gətirə bilməyəcəklər”.

Qeyd edək ki, 2015-ci ildə sığınacaq almaq üçün 1,1 milyondan çox insan Almaniyaya müraciət edib.


Müəllif: