30 Yanvar 2016 01:24
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Suriya müxalifəti bu gün Cenevrədə başlayan danışıqlarında iştirak etməyə razılıq verib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, müxalifət nümayəndələri "ABŞ və BMT-nin təminatından" sonra diyaloq prosesinə qatılmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, danışıqlar birbaşa aparılmır. Belə ki, münaqişə tərəfləri BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura ilə ayrı-ayrılıqda görüşürlər.

Artıq bu gün o, rəsmi Dəməşqin nümayəndə heyəti ilə 2.5 saat danışıqlar aparıb.


Müəllif: