30 Yanvar 2016 10:21
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kamçatka bölgəsində 2 saat ərzində 4 güclü zəlzələ baş verib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Seysmalogiya idarəsi məlumat yayıb. Yeraltı təkanlar 187 kilometr dərinlikdə qeydə alınıb. İdarədən bildirilib ki, zəlzələlər Rixter şkalası üzrə 7.3, 6.9, 5.2 və 4.5 bal gücündə olub.

Dağıntı və tələfatla bağlı heç bir məlumat verilmir.

Samir


Müəllif: