31 Yanvar 2016 01:35
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Su-34” təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğan ötən gün axşam jurnalistlərə bildirib.

“Dünən hava məkanımız Rusiyaya məxsus təyyarə tərəfindən pozulub. Böhranın daha da dərinləşməsinə hesablanmış bu cür məsuliyyətsiz addımlar nə Rusiyaya, nə NATO-Rusiya münasibətlərinə, nə də ki regional və qlobal aləmə lazım deyil, onlar yalnız zərər gətirir. Dünən bu fikirlər Rusiyanın Ankaradakı səfirinə çatdırılıb. Mən, həmçinin, XİN rəhbərinin müavinindən Rusiya tərəfi ilə əlaqə saxlayaraq hörmətli Vladinir Putinlə şəxsən danışmaq istədiyimi bildirməsini xahiş etdim. Səfirimizin məlumatına görə, Rusiya tərəfi bu barədə məlumatlandırılıb, lakin hələ cavab almamışıq”, deyə Ərdoğan bildirib.


Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus “SU-34” qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.


Müəllif: