31 Yanvar 2016 08:52
445

Los-Anceles polisi yanvarın 29-da 2 erməni kişi və bir qadını çətənə kolu yetişdirmək və narkotik maddələr saxlamaqda şübhəli bilərək həbs edib.

“Report” “mynewsla.com”a istinadən xəbər verir ki, 27 yaşlı Armen Simonyan, 28 yaşlı Mikael Petrosyan və onun həyat yoldaşı, 24 yaşlı Marine Petrosyan evlərində aparılan axtarış zamanı saxlanılıblar.

Polis onların 2015-ci ildə narkotik maddələrin istehsalı üçün avadanlıq satışına görə məhkum olunan Andrey Arutyunyanla əlaqələrinin olduğu barədə məlumat əldə edib. Arutyunyan “Armenian Power” quldur dəstəsinin üzvüdür.


Müəllif: