31 Yanvar 2016 15:38
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin bir otağında 8 kv.m sahədə ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: