31 Yanvar 2016 19:28
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada hava 1961-ci ildə qeydə alınan temperatur rekordunu təkrarlayıb.

Şəhərdə hava bazar günü müsbət 2,7 dərəcəyədək istiləşib.

Bu barədə Rusiya paytaxtının Meteorologiya Bürosunun məlumatında bildirilir.

"Paytaxtın əsas meteostansiyasında bu gün gecə yarı müsbət 2,7 dərəcə temperatur qeydə alınıb. Eyni zamanda 55 il əvvəl 31 yanvar tarixi üçün müəyyən edilən temperatur rekordu təkrarlanıb", -deyə bürodan bildirilib.

Sinoptiklər bu göstəricinin bazar günü dəyişəcəyini və 31 yanvar tarixi üçün yeni rekord müəyyən edəcəyini proqnozlaşdırırlar.


Müəllif: