31 Yanvar 2016 22:53
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdaki mövqelərinə 23 hava zərbəsi endirib.

"Report"-un "Gazeta.Ru"ya istinadən verdiyi məlumata görə, bunu koalisiya qüvvələrinin rəhbərliyi bəyan edib.

Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib.

Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.


Müəllif: