31 Yanvar 2016 23:09
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran, Milli bankın keçmiş başçısı İran dövləti tərəfindən axtarışda olan Mahmud Rza Xavərini Kanadadan ekstradisiya etməyə çalışır.

Musavat.com xəbər verir ki, bu məlumatı Tehrandakı İnterpol bürosunun başçısı Məsud Rezvani “Tasum” agentliyinə bildirib.

Məlumatda deyilir ki, Xavəri 2.5 milyard dolları oğurladığı üçün İran dövləti tərəfindən axtarışa verilib. Xavəri və onun şərikləri 2.5 miyard dolları banklardan kredit adıyla götürüblər.


Müəllif: