Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktları zamanı ölənlərin sayı 70 nəfərə çatıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Seyyidə Zeynəb məhəlləsindəki partlayış nəticəsində 110 dinc sakin yaralanıb.
Qeyd edək ki, dünən axşam saatlarında məhəllədə 3 ardıcıl partlayış baş verib.
Samir