10 İyun 2014 10:00
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sərhəd nəzarətçiləri Pakistanın Bəlucistan əyalətindəki Panjur bölgəsinə 24 raket atıb.

Hücumdan sonra hər hansı bir itkinin olmadığı bildirilib.

Raket hücumuna ağır silahlarla qarşılıq verən Pakistan ordusu İran tərəfini susdurmağı bacarıb.

İranın Pakistan sərhədində öz əsgərlərinin qaçırılmasını səbəb göstərərək hücumu reallaşdırdığı ehtimal edilir.

Qeyd edək ki, bu mövzu hər iki ölkə əlaqələrinə son vaxtlarda zərər verir./axar/


Müəllif: