1 Fevral 2016 13:21
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun zəif cəhətləri

"ABŞ həm texniki, həm də psixoloji cəhətdən ciddi rəqiblə böyük müharibəyə hazır deyil".

Teleqraf.com xəbər verir ki, Amerika universitetinin beynəlxalq əlaqələr məktəbinin analitikləri Nora Bensahel və ehtiyatda olan general-leytenant Devid Barno deyiblər. Onların fikrincə, «soyuq müharibə» dövründən sonra ABŞ-ın hərbi texnikası müasir tələblərə tam cavab vermir.

Analitiklər bununla bağlı "War on the Rocks" portalına məqalə təqdim edib.

Onlar hesab edir ki, bu gün praktiki olaraq polkovnikdən aşağı rütbə daşıyan şəxslər dövlətin həyati əhəmiyyətli mənafelərinin müdafiəsi məqsədilə güclü rəqiblə qarşılaşmayıb: “İndiki vəziyyətdə böyük müharibə ehtimalı real deyil. Belə müharibələr ekstremizm və iğtişaşlar səbəbindən baş verə və nəticələri dəhşətli ola bilər. Əgər Pentaqon bu cür müharibələrə hazır olmaq istəyirsə, bəzi boşluqları doldurması vacibdir.

Amerikanın hərbi sisteminin birinci zəif yeri - müasir silahlar və hədəfi yüksək dəqiqliklə vurmadır. Mövcud hərbi sursatın əksəriyyəti müharibənin ilk mərhələsində məhv olacaq, çünki belə silahlar məhdud sayda alınır və təcili təkmilləşdirmə tələb edir.

Analoji olaraq, müharibənin bu dövründə çoxlu döyüş maşınları, təyyarələr, pilotsuz aparatlar, sualtı qayıqlar və hətta yerüstü hərbi texnikalar məhv edilə bilər. Qalan texnikalar isə köhnəlmiş və müharibəni aparmaq üçün zəif ola bilər, onları dəyişmək və ya tullamaq lazım gələcək. Yeni texnikaların hazırlanması üçün hərbi sənaye kompleksi istehsalı sürətləndirməyə hazır olmalıdır. Bu aylar və ya illər tələb edir.

Pentaqon böyük müharibə şəraiti üçün planlar hazırlamalı, silahlı qüvvələrinin zəif yerlərini lazımi dərəcədə qiymətləndirməlidir. Bundan əlavə, o, qısa müddətdə yeni qoşun formalaşdırmağa, aylar və ya bir il ərzində, yəni müharibə müddəti bitənə qədər onların bütün ehtiyacını təmin etməyə hazır olmalıdır.

ABŞ həmçinin, ölkədə hərbi, hökumət və biznes fəaliyyətləri elektrotexnikadan asılı olduğu üçün kiberhücumlara da hazır olmalıdır.

Nəhayət, bu gün amerikalılar psixoloji cəhətdən müharibəyə, ciddi itkilərə və dağıntılara hazır deyillər, lakin müharibələr zamanı formalaşan dözümlülüyə inidən hazır olmaq lazımdır".

Samir


Müəllif:

Oxşar xəbərlər