Hindistanın qərbində yerləşən Maxaraştra ştatındakı çimərlikdə piknik zamanı azı 13 kollec tələbəsi dənizdə bataraq həlak olub.
İnsident Punadan olan 25 tələbənin dincəldiyi Rayqad rayonundakı Murud çimərliyində baş verib.
Polisin məlumatına əsasən, xilasetmə və axtarış əməliyyatı zamanı dənizdə batan on qızın və üç oğlanın cəsədi aşkarlanıb. Əməliyyatın davam etdiyi bildirilir.