2 Fevral 2016 10:27
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınmasını təmin edəcək Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) Türkiyə ərazisində tikintisi dayandırılıb.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdirilməsi üçün buldozerlərlə tunel qazılarkən, Roma İmperiyasına aid yeraltı otaqlar tapılıb.

Üzərində xaç simvolları olan otaqların tapılması ardından işlər dayandırılıb: "İçəridə 4 otaq var. Divarları düzgün tikilib. Divarlar xaç və buna bənzər fiqurlar var. Çox güman ki, bu otaqlar Roma dövrünə və 7-ci yüzilliyə aiddir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hadisə yerində araşdırmalara başlayıb".

Samir


Müəllif: