"Rusiya və İran Suriyadakı vətəndaş müharibəsinin nizamlanmasına mane olur".
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanının xarici işlər naziri Filip Hammond deyib.
Onun sözlərinə görə, Qərb Rusiyanı Suriyada terrorçularla yanaşı, müxalifləri bombalamaqda ittiham edir: "Rusiya Müdafiə Nazirliyi isə bunu əsassız iddia adlandırır. Ruslar təklif edirlər: gəlin, danışaq və sonra onlar danışırlar, danışırlar və danışırlar. Problem ondadır ki, onlar danışan müddətdə hücumlar həyata keçirirlər və Əsədi dəstəkləyirlər. İran və Rusiya bu böhranın sülh yolu ilə həllində maraqlı deyillər. Hər iki ölkə Əsəd rejimi ilə əməkdaşlıq edir və ona dəstək verir ".
Hammond əlavə edib ki, Rusiya prezidenti Vladimir Putini anlamaq mümkün deyil: "Putini müşahidə etdiyim müddətdə başa düşdüm ki, necə müşahidə etmək vacib deyil. Onsuz da heç nə anlamaq olmur. Biz Kremlin yeritdiyi siyasəti başa düşmürük".
Bu arada, Suriya Xarici İşlər Nazirliyi Türkiyəni dinc sakinlərə atəş açmaqda ittiham edib: "Türkiyə sərhədyanı bölgələrə artilleriya zərbələri endirir və bundan dinc sakinlər əziyyət çəkir. Son olaraq, türklər Latakiyanın Cebal Atera rayonunu atəşə tutub. Hadisə zamanı rayonun dinc sakinləri həlak olub. Suriya hakimiyyəti bunu dinc əhaliyə qarşı cinayət və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir. Hökumət Türkiyə tərəfini BMT qətnamələrinə əməl etməyə və ölkənin suverenliyinin pozulmasına yönəlik addımlardan yayınmağa çağırır".
Qeyd edək ki, 2011-ci ildən Suriyada başlanan müharibə nəticəsində 211 min insan həlak olub.
Samir