Böyük Britaniya xarici işlər naziri Filip Hammondun Rusiya və İranla bağlı səsləndirdiyi fikirə Moskvadan dərhal reaksiya verilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi bunu "təhlükəli tullantı" adlandırıb. Onun sözlərinə görə, britaniyalı nazirin səsləndirdiyi fikirlər dezinformasiyadır.
Qeyd edək ki, Hammond Rusiya və İranı Suriyadakı vətəndaş müharibəsinin nizamlanmasına mane olmaqda suçlayıb.
Bu arada Moskvada səfərdə olan İranın Ali dini liderinin məsləhətçisi Əli Əlbər Vilayəti Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentevlə görüşüb. Görüş zamanı onlar Suriya danışıqlarının xarici müdaxilə və terrorçuların iştirakı olmadan nizamlanmasının tərəfdarı olduqlarını açıqlayıblar:
"Tərəflər Suriya məsələsinin siyasi həllinə dair hərtərəfli fikir mübadiləsi aparıb və ortaq məxrəcə gəliblər. Bundan başqa Vilayəti və Lavrentev iki ölkə arasında münasibətlər, əməkdaşlıq, terrorçuluqla mübarizə, regional və beynəxalq məsələləri müzakirə ediblər".
Samir