Məşhur britaniyalı müğənni Adel mahnılarının ABŞ prezidentliyinə namizəd olan Respublikaçı Donald Tramp tərəfindən istifadə olunmasına icazə verməyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp seçki kampaniyasında Adelin "Rolling in the Deep" və "Skyfall" mahnılarından istifadə edir. Pərəstişkarlarının etirazından sonra Adelin mətbuat katibi "Adel mahnılarının hər hansı bir siyasi kampaniyada istifadəsinə icazə verməyib" deyib.
Qeyd edək ki, daha əvvəldə "Aerosmith" qrupunun solisti Steven Teyler də Trumpa mahnılarından istifadəni qadağan etmişdi.
Rüstəm