Yunanıstan Azərbaycan qazının yaxın iki-üç il ərzində Avropaya çatacağına inanır. Trend-in məlumatına görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra brifinqdə deyib.
Nazir qeyd edib ki, Yunanıstan Azərbaycan qazını almağı planlaşdırır və artıq infrastrukturla bağlı bütün məsələləri həll edib: "Yaxın illərdə Azərbaycan qazını alacağımıza ümid edirik".
N.Kotzias əlavə edib ki, Yunanıstan TAP layihəsindən istifadəni və Azərbaycan qazının Avropaya nəqlini özü üçün vacib hesab edir.
Qeyd edək ki, xarici işlər naziri N.Kotzias Azərbaycanda rəsmi səfərdədir.