10 İyun 2014 11:50
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda hərbi əməliyyat nəticəsində ən azı 15 terrorçu qətlə yetirilib. Əməliyyat zamanı Pakistanın Əfqanıstanla həmsərhəd ərazisində, Tirah vadisində gizlənən terrorçulara havadan zərbələr endirilib.

Bu barədə Pakistanın Hərbi Komandanlığı məlumat yayıb.

Həmçinin keçirilən reydlər zamanı, gizli silah-sursat anbarları aşkarlanaraq, məhv edilib.

Əməliyyatın həyata keçirilməsi qərarı “Taliban” qruplaşmasının Karaçi hava limanında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürməsindən sonra verilib.

Xatırladaq ki, hava limanında baş verən terror aktı nəticəsində ən azı 30 nəfər həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarət alıb.

Ülviyyə


Müəllif: