10 İyun 2014 11:56
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimalında “Boko Haram” islamçı qruplaşması 20 qadını qaçırıb.

Hadisə daha öncə 200 məktəbli qızın qaçırıldığı Borno ştatında baş verib.

Rəsmilərin verdiyi məlumata görə, qadınları məcburən yük maşınlarına mindirib naməlum istiqamətdə aparıblar. Qaçırılan qadınların hamısı köçəri maldarların yaşadığı Qarkin Fulani kəndində yaşayıblar.
Nigeriya ordusu hadisəni hələlik şərh etməyib.

Ştatda bir ildən artıqdır fövqəladə vəziyyət tətbiq olunur. Hadisələrə görə Nigeriya ordusu sərt tənqid olunsa da, qaçırılmaların qarşısını ala bilmir.

Yerli sakinlər hesab edir ki, ordu “Boko Haram” qruplaşmasına insanları qaçırmaq imkanı yaradır.

Ülviyyə


Müəllif: