"Rusiya terrorçulara qalib gəlməyincə, Suriyadakı hərbi əməliyyatları dayandırmayacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər evrir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, hələlik əməliyyatların dayandırılmasından söhbət gedə bilməz: "Hazırda terrorçular kifayət qədər gücə malikdir. Suriyadakı atəşin dayandırılması üçün ən başlıca şərt Türkiyə-Suriya sərhədində qaçaqmalçılığın qarşısının alınmasıdır. Bununla terrorçuları çıxılmaz və köməksiz vəziyyətə gətirmək olar".
Lavrov əlavə edib ki, ABŞ və onun rəhbərlik etdiyi koalisiya dövlətləri Rusiya ilə dialoqdan qaçır və Moskvanın ünvanına əsassız ittihamlar irəli sürürlər.
Qeyd edək ki, Cenevrədə keçirilən danışıqlarda müxaliflərin əsas tələblərindən biri Rusiyaya məxsus qırıcıların Suriya səmalarını tərk etməsidir.
Samir