Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
Səfərin fevralın 18-də baş tutması gözlənilir. Hazırda səfərin detalları dəqiqləşdirilir.
Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək./APA