İran ilk dəfə olaraq Tacikistana neft məhsullarının ixracına başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İranın milli neft şirkətinin rəhbəri Məhəmməd Mehdi Koreyya məlumat verib. Onun sözlərinə görə, tərəflər benzin idxalı məsələsində bir həftə öncə razılığa gəliblər: "Artıq 2,9 milyon litr benzin idxal edilib. Əvvəllər bu məhsul yalnız Əfqanıstana eksport edilirdi. Gələcəkdə ixracın artırılması nəzərdə tutulur".
Qeyd edək ki, yanvarın 17-də Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.
Samir