5 Fevral 2016 14:11
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya danışıqlarında iştirak edən tərəflərin heç biri hələlik güzəştə getmək istəmir".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura deyib:

"Birincisi, tərəflərin heç biri ən minimal güzəştə getmək istəmir. İkincisi, heç kim mahiyyəti üzrə danışmağa başlamadı və biz prosessual təşkilati detallar üzərində dayandıq. Sonda, nə hakimiyyət, nə də müxaliflər azad olunmuş şəhərlərə humanitar yardımın bərpa edilməsi üçün heç bir siqnal vermədilər".

De Mistura əlavə edib ki, əgər konfrans müsbət nəticə verməsə, Suriya mövcud olmayacaq: "Yalnız atəşin tamamilə kəsilməsi İŞİD terror təşkilatı ilə mübarizə, yeni hökumətin qurulması kimi ciddi məsələlər haqqında fikirləşməyə imkan verəcək. Suriya böhranının həlli məsələsi Münhen təhlükəsizlik konfransında da müzakirə ediləcək. Danışıqların başladığı dövrdə zorakılığın artması humanitar məsələlərin həllinə maneədir".

BMT nümayəndəsi Rusiyanın Suriyadakı əməliyyatlarını da qiymətləndirib: "Mən inanmaq istərdim ki, Rusiyanın hərbi əməliyyatları problemin mümkün siyasi həllini tapmaq üçün əlavə stimuldur. Düşünmürəm ki, Rusiya Suriya münaqişəsində uzun müddət qalmaq istəyir. Suriya münaqişəsinin nizamlanması üçün danışıqların növbəti raundu fevralın 25-dən tez baş tutacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər