Danimarkada polisə sığınacaq istəyən qeyri-qanuni mühacirlər üzərində axtarış aparmağa, eləcə də pul və zinət əşyalarını müsadirə etməyə icazə verən qanun bu gündən qüvvəyə minib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın İmmiqrasiya, İnteqrasiya və Mənzil Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Danimarka parlamentinin qəbul etdiyi bu qanunla dövlətin qaçqınların saxlanılmasına sərf etdiyi vəsaitin ödənilməsi məqsədilə 10 min krondan (1500 dollar) artıq dəyəri olan zinət əşyalarının polis tərəfindən müsadirəsinə icazə verilir.
Bundan başqa, sığınacaq istəyənlərdən 10 min krondan artıq nağd pullar da alınacaq. Bu limit yaşından asılı olmayaraq ailənin hər bir üzvünə aiddir.
Qeyd edək ki, qanunda plastik kartlardakı vəsaitlər nəzərə alınmır.