Oxşar xəbərlər
Batumidə gənc qadın özünü "Medina" xəstəxanasının 5-ci mərtəbəsindən atıb.
APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, 30 yaşlı qadın hadisə yerində ölüb.
Xəstəxananın baş həkiminin müavini Vladimir Uruşadze özünü atan qadının yanvarın 30-da dünyaya uşaq gətirdiyini bildirib. Doğuşdan sonra vəziyyəti ağırlaşan gənc qadın "Medina" xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Gürcüstan CM-nin 115-ci maddəsinə əsasən (“özünə qəsd etmə”) cinayət işi açılıb, araşdırma aparılır.