6 Fevral 2016 11:34
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Tayvandakı Taynan şəhərində şənbə günü baş vermiş güclü zəlzələ nəticəsində yeddi nəfər həlak olub, 378 nəfər xəsarət alıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Tayvanın Xilasetmə Mərkəzinin məlumatına əsasən, 6,4 bal gücündə zəlzələ bu gün səhər saatlarında baş verib.

Zəlzələ nəticəsində bir neçə bina dağılıb. Hazırda xilasedicilər zəlzələ bölgəsində zərəçəkənləri bina uçuqlarının altından çıxarmağa çalışırlar. Prezident Ma Ying-jeou 2 milyon əhalisi olan Taynan şəhərinə gəlib.


Müəllif:

Oxşar xəbərlər