İran Ermənistana ötürdüyü qazın həcmini beş dəfəyə qədər artırmağı planlaşdırır.
Bunu İranın qazın ixracı üzrə milli şirkətinin direktoru Alirza Kameli deyib. Onun sözlərinə görə, qazın həcminin artırılmasında tələb olunan əsas amil İran və Ermənistanın enerji sistemlərini birləşdirəcək yeni enerji xətlərinin tikintisi ola bilər. Ermənistan İrana qazın əvəzində elektrik enerjisi ötürür.
"İran və Ermənistan arasında birgə razılaşma qazın həcminin hətta gündə 5 milyon kubmetrə qədər artırılımasına imkan verir.Hazırda İran gündəlik olaraq Ermənistana 1 milyon kubmetr qaz ötürür. Yeni elektrik xətlərinin tikilməsi isə Ermənistana ötürülən İran qazının həcminin artırılmasında əsas faktorlardan birinə çevrilə bilər."-deyə Kamelin qeyd edib.
2015-ci ilin avqust ayında İran və Ermənistan arasında iki ölkənin enerji sistemlərinin birləşdirəcək üçüncü elektrik enerjisi xəttinin tikintisi barədə saziş imzalanıb. 107 milyon avro dəyərində qiymətləndirilən müqavilə 2 il ərzində 275 kilometr məsafəyə uzanan elektrik enerjisi xəttinin tikintisinin nəzərdə tutur. Bu ötürələcək elektrik enerjisinin həcminin 3 dəfə artırılmasına imkan verəcək. İran bu layihə ilə Gürcüstanın və Rusiyanın enerji sistemlərinə qoşulmağı düşünür. Üçüncü xətt Ermənistanın elektrik enerjisinin çatdırılmasını xeyli asablaşdıracaq.
Ermənistanın İrandan aldığı mavi yanacaq elektrik enerjisinə çevrilir və yenidən İrana göndərilir. Gömrük orqanlarının məlumatına əsasən 2014-cü il ərzində, Ermənistan İrandan 383 milyon kubmetr qaz idxal edib. (anspress)