Suriyanın paytaxtı Dəməşqin Şərqi Quta bölgəsində 50-yə yaxın Suriya hərbçisi öldürülüb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar Müxalif İslam Ordusuna aid hərbi birləşmələrin qurduğu pusquya düşüblər. Bu ərazidə müxaliflərlə Suriya hərbçiləri arasında qanlı döyüşlər gedir.
Hökumət qüvvələri üç gündür bu əraziyə ağır texnika ilə hücuma keçib.