Oxşar xəbərlər
Belbekdə 20 Su-27 təyyarəsi yerləşdiriləcək
Krım Rusiyaya birləşdirildikdən sonra yarımadada bu ölkənin silahlı qüvvələrinin sayı intensiv şəkildə artırılmağa başlayıb.
Ria.ru saytının Rusiya hərbi dairələrinə istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin sonuna qədər davam edəcək. Krımın strateji əhəmiyyətli Belbek aerodromunda bununla bağlı hərbi təyinatlı 20 Su-27 təyyarəsinin yerləşdirilməsini planlaşdırılır.
Bu təyyarələr yarımada ilhaq olunarkən Rusiya ordusuna qatılan bir qism Ukrayna təyyarəçiləri tərəfindən idarə olunacaq.