Səudiyyə Ərəbistanı kralı Salman digər ölkələrə ultimatum göndərib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, kral Salman ölkənin paytaxtı Riyadda bir festivalın açılışında çıxış edib.
Məlumata görə, kral digər ölkələri Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmamağa səsləyib.
Kral Salman "Başqalarının işinə qarışmadan özümüzü müdafiə etmək haqqımızdır. Torpaqlarımızı müdafiə, müstəqilliyimizi və hökumət sistemlərimizi qoruma məsələsində ərəb və müsəlman qardaşlarımızla əməkdaşlıq edirik" sözlərini ifadə edib.