PKK terror təşkilatının tərəfdarları Fransanın Bordo şəhərindəki Türkiyə Baş Konsulluğuna hücum edib.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, 100 nəfərdən ibarət qrup əvvəlcə konsulluğun binası önündə şüarlar səsləndirib.
Daha sonra bir neçə şəxs binaya daxil olaraq, konsulluğun önündəki Türkiyə bayrağının əvəzinə PKK "bayrağ"ını asıblar. Fransa təhlükəsizlik işçilərinin hadisəyə müdaxilə etməməsi diqqət çəkib.
Elvin