10 İyun 2014 16:22
647

“ABŞ-ın Gürcüstanda və Ukraynada raket əleyhinə müdafiə sisteminin qurulması ilə bağlı hər hansı planı yoxdur”.

Teleqraf.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq açıqlama ilə bu gün Kiyevdə ABŞ-ın Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibi Viktoriya Nuland çıxış edib.

Bununla bağlı bir müddət öncə Amerika prezidenti Barak Obama qeyd etmişdi ki, ölkəsi Şərqi Avropada hərbi iştirakını gücləndirmək niyyətindədir. Bundan ötrü o, Konqressdən 1 milyard dollar ayırmağı xahiş etmişdi. Obama bildirmişdi ki, ABŞ təkcə NATO üzvlərinin deyil, həm də onun müttəfiqlərinin, o cümlədən, Ukrayna, Gürcüstan və Moldaviyanın niyyətindədir.

V.Nuland isə müvafiq açıqlamaya aydınlıq gətirərək, vurğulayıb ki, bu raket ələyhinə müdafiə sisteminin qurulmasına aid deyil: “Nə indi, nə də gələcəkdə, nə Ukraynada, nə də Gürcüstanda raket əleyhinə müdafiəni təşkil etmək planları yoxdur”.

Nail


Müəllif: