8 Fevral 2016 22:12
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının tərəfdarları Fransanın Bordo şəhərindəki türk konsulluğuna hücum ediblər.

PKK tərəfdarları konsulluğun qarşısındakı türk bayrağını endirib və yerində təşkilatın simvolları olan rənglərin yer aldığı bir parçanı asıblar.

Konsulluq əməkdaşlarının verdiyi məlumata görə, təxminən 60 nəfərlik PKK qrupu Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis qrupu çətinliklə ərazidən uzaqlaşdırıb.

Türkiyənin Parisdəki səfirliyi Fransa hökumətindən hadisənin iştirakçılarının dərhal cəzalandırılmasını tələb edib.


Müəllif: