Ankara hökümətinə yaxın mənbələr 150 minlik qoşunun Türkiyə ərazisindən keçərək İŞİD-lə mübarizəyə qoşulacağına dair iddialara münasibət bildirib.
"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, mənbə qeyd edib ki, Türkiyə onsuz da öz hərbi bazalarını terrorçu İŞİD qruplaşması ilə mübarizə üçün açıq elan edib və bu istiqamətdə hər növ əməkdaşlığa hazırdır.
"Lakin 150 min əsgərin Türkiyə üzərindən qonşu dövlətə daxil olacağına dair xəbərlər əsassızdır. Belə bir hərbi əməliyyat gündəlikdə yoxdur", - deyə mənbə vurğulayıb.