ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Koreya Xalq Demokratik Respublikasının peyk daşıyan uzaqmənzilli raketini orbitə buraxması məsələsini müzakirə ediblər.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, telefon vasitəsilə baş tutan danışıqlarda tərəflər Şimali Koreyaya qarşı təzyiqləri davam etdirməklə bağlı razılığa gəliblər:
"Müzakirələrdə Barak Obama, Sindzo Abe, Pan Kın Xe iştirak edib. Telefon danışığı zamanı liderlər ən yaxın zamanda Pxenyana qarşı sanksiyaların tətbiq olunması və təzyiqlərin artırılması ilə bağlı razılığa gəliblər. Tərəflər BMT-nin bu ölkəyə qarşı tətbiq etdiyi qadağalardan əlavə yeni sanksiyaların irəli sürülməsi fikrini də dəstəkləyiblər".
Yaponiyadan verilən rəsmi məlumata görə, ilk olaraq, Obama və Abe danışıqlar aparıb. Daha sonra isə liderlər növbə ilə Pan Kın Xeyə zəng ediblər.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası bu gün peyk daşıyan uzaqmənzilli raketini orbitə buraxdığını və bunun uğurla həyata keçirildiyini bəyan edib. Yaponiyanın Okinava adası yaxınlığında havaya buraxılan raket 790 kilometr qət etdikdən sonra radardan itib.
Samir