NATO Şərqi Avropadakı hərbi təmsilçiliyini artırmaq istəyir.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün mətbuat konfransında bəyan edib.
Alyans ölkələrinin müdafiə nazirlərinin fevralın 10-11-nə təyin olunmuş iclası ərəfəsində Y.Stoltenberq deyib ki, nazirlər NATO-nun Şərqi Avropadakı hərbi qüvvələrinin artırılmasını təsdiq edəcəklər.
Baş katib qeyd edib ki, bundan başqa, NATO Avropa İttifaqı ilə kibermüdafiə üzrə əməkdaşlığı da genişləndirəcək.