10 İyun 2014 21:45
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinlə bacarmaq üçün Obamaya Reyqanın dərsini keçmək lazımdır.
“Rusiya prezidenti Vladimir Putinlə bacarmaq üçün ABŞ prezidenti Barak Obamaya ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın dərslərini keçmək lazımdır”. Bu haqda "Wall Street Journal" qəzeti məqalə hazırlayıb.

Teleqraf.com-un məlumatına görə, o bildirib ki, bu ay Ronald Reyqanın vəfatının 10 iliyidir: "Bu keçən vaxtda xeyli sənədlər açılıb və Reyqanın SSRİ-yə qarşı mübarizəsinin detalları aydın olur. Reyqanın etdiklərini öyrənmək Obamaya faydalı olardı. Birinci dərs odur ki, Reyqanın uzunmüddətli strategiyası vardı. Hələ 1980-ci ildə Reyqan prezidentliyə respublikaçılardan iddiaçı olmaq istəyəndə onun məsləhətçisi soruşub ki, “Ron, axı siz niyə prezident olmaq istəyirsiniz?” Reyqan cavab verib ki, “Soyuq Müharibəyə son qoymaq istəyirəm”. Bir neçə il əvvəl bu fikri o, daha aydın ifadə etmişdi: “Biz qalib gələcəyik, SSRİ uduzacaq”.

"Wall Street Journal" yazır ki, Reyqan SSRİ tərəfdən daha çox çətinliklə üzləşirdi, çünki hazırki Rusiya ordusu o vaxtki SSRİ ordusunun 4-də 1-dir. Rusiya ordusunun nüvə gücü Sovet Ordusunun nüvə gücünün 5-də 1-dir. Rusiya iqtisadiyyatı İtaliya iqtisadiyyatı boydadır.

Rusiyada insanlarını birləşdirə bilən bir ideya yoxdur. Putin, faktiki olaraq, əlində elə bir vasitə olmadan işləyir.

Qəzet hesab edir ki, Reyqan “güc vasitəsilə sülh” doktrinasını yeridirdi. O həmçinin “ideyalar müharibəsinə” başladı. Məqsəd Sovet sisteminin legitimliyini laxlatmaq idi. Reyqanın SSRİ-yə dediyi “İblis imperiyası” da bu ideoloji müharibənin tərkib hissəsi idi.

Qəzet onu da xatırladır ki, Reyqan həmişə haqlı mövqedə olmağa çalışırdı. 1986-cı ildə Reykyavikdə SSRİ lideri Qorbaçovla danışıqlarda Reyqan möhkəm dayanmışdı, güzəştə getmirdi, çünki o, elə edirdi ki, həmişə haqlı mövqedə olurdu./anspress/


Müəllif: