10 İyun 2014 21:58
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın yeni hökuməti Afinada prezident sarayında konstitusiyaya, qanunlara sadiq qalacaqlarına, xalqın maraqlarına xidmət edəcəklərinə dair “Müqəddəs Üçlüy”ə sədaqət andı içib.

Teleqraf.com-un “Ria Novosti”yə istinadən əldə etdiyi məlumata görə, andiçmə mərasimini Afina və bütün Yunanıstanın arxiyepiskopu İyeronim qəbul edib. Mərasim prezident Karolos Papulyas və baş nazir Antonis Samarasın iştirakı ilə keçirilib.

Ənənəvi tədbirdə xarici işlər naziri Evanqelos Venizelos səhhətində yaranan problemlər səbəbindən iştirak etməyib. Yeni hökumətin mövcud siyasi kursu və artıq bəyan edilmiş islahətlar xəttini davam etdirəcəyi gözlənilir.

Nail


Müəllif: