10 İyun 2014 22:19
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS TV-nin məlumatına görə, bu dəfə iqtidarlı, müxalifətli xalq bir olaraq ayağa qalxıb. Buna səbəb Türkiyənin Diyarbəkir vilayətində 2-ci Hava Qüvvələri Korpusunda bir etirazçının türk bayrağını endirməsi olub.

Aksiyanın Türkiyənin dövlət atributuna, bayrağına qarşı olması türkləri coşdurub. Bayrağın endirilməsinə qarşı millətin ayağa qalxması qürurverici hadisədir.

Türkiyənin Diyarbəkir vilayətində 2-ci Hava Qüvvələri Korpusunda bir etirazçının türk bayrağını endirməsi bütün ölkəni ayağa qaldırdı. Üstəlik, bu hadisə, bayrağa münasibət məsələsini gündəmə gətirdi. Bir təkzibolunmaz həqiqət ortaya qoyuldu ki, bayraq müqəddəsdir, bayraq toxunulmazdır, bayraq dövlətin rəmzidir. Ona qarşı edilən hər hansı hörmətsizlik dövlətə, dövlətçiliyə qarşı edilən hörmətsizlik deməkdir. Fərqi yoxdur, bu hörmətsizliyi hətta uşaq da etsə belə, o, öz cəzasını alacaq. Necə ki, bunu baş nazir Rəcəb Tayyib Ərdoğan açıq şəkildə ortaya qoydu.

Eskişehir, Ərzurum, Malatya kimi şəhərlərdə minlərlə yerli sakinin qatıldığı aksiyada da əsas şüarlar bayrağın toxunulmazlığını yönəlik şüarlar olub.

Ən ciddi insident isə Diyarbəkirdə - bayrağın endirildiyi vilayətdə baş verib. Barış və Demokratiya Partiyasının kürd fəalları ilə polis arasında toqquşmalar əsl müharibə təəssüratı yaradıb. Üzü maskalanmış etirazçılar iğtişaşlar törədərək, polis üzərinə səsli partlayıcılar, Molotov kokteyllər və fişənglər atıb. Alışqan materiallardan biri polisin texnikasının od tutması ilə nəticələnib. Yaşanan gərginlik polisin gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxiləsindən bir müddət sonra səngiyib.

Türkiyədəki bayraq qalmaqallı aksiyalarda Azərbaycan bayrağı da öndə olub. Əslində bizim öz bayrağımıza münasibət də Türkiyədən fərqli deyil. Azərbaycan bayrağı həmişə yüksəkdədir və bayrağımıza istənilən kobud müdaxilə etirazla qarşılanır. Elə uzağı getməyək, 2009-cu ildə Türkiyənin Bursa şəhərində Azərbaycan bayrağının bir məmur tərəfindən zibil qutusuna atılması, iki dövlət arasında çox ciddi narazılıqlarla müşaiyət olunmadımı? Nəticə, həmin məmurun vəzifədən getməsilə nəticələndi.

Və yaxud, Xəzər sularında üzən bir Amerika şirkətinə məxsus gəmidə Azərbaycan bayrağının cırılması da bir neçə il əvvəl ciddi qalmaqala səbəb olmuş, faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi də qaldırılmışdı. Yəni bayraq Azərbaycanda da çox həssas mövzudur və analoji hadisə bizdə də baş verərsə, bayrağımızı eyni cür müdafiə etməyə qadiriz. Bu məsələdə bizim ən ağrılı yerimiz ara-sıra bayrağımızı müəyyən tədbirlərdə başıaşağı asmağımızdır.


Müəllif: