Meksikanın Nuevo Leon əyalətindəki “Topo Chico” həbsxanasında qiyam baş verib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, qiyam nəticəsində 50 nəfər həlak olub.
Hadisənin təfərrüatları araşdırılır. İlkin məlumatlara görə, hazırda hüquq mühafizə orqanları həbsxanada vəziyyətə nəzarət edirlər.