12 Fevral 2016 03:05
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın PARNAS partiyasının lideri Mixail Kasyanov Vladimir şəhərinə səfəri zamanı yumurta atəşinə tutulub.

Avropa.info xəbər verir ki, bu son üç gündə Kasyanova qarşı baş verən ikinci hücumdur. İki gün əvvəl Moskva restoranlarının birində ona tort atmışdılar.

Kasyanovun Xalq Azadlığı Hərəkatı təşkilatının hücumuna məruz qaldığı bildirilir. Hadisə jurnalistlərlə görüşmək üçün avtomobildən çıxaraq binaya girdiyi zaman baş verib.

Müxalifət liderinin kürəyinə onlarla yumurta atılıb. Mətbuat konfransından əvvəl keçirilən mitinq zamanı onlar Kasyanovdan xaricə getməyi tələb ediblər. Onun mətbuat konfransının keçiriləcəyi binaya gedən yolu isə qartəmizləmə maşını ilə bağlayıblar.

Xatırladaq ki, iki gün əvvəl Mixail Kastanov restoranda nahar edərkən 20 nəfər çeçenin hücumuna mərzu qalmışdı.


Müəllif:

Oxşar xəbərlər